Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan boksçusu Cəmilə Muradlı Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının qalibi olub.
Crossmedia.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Almaniya təmsilçisi Aliya İbrahimiyə qalib gəlib.
Cəmilə Muradlı hər üç raundu öz xeyrinə başa vuraraq hakimlərin yekdil qərarı ilə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə qazanıb və Avropa çempionu tituluna yiyələnib.
Bu nəticə ilə Azərbaycan millisinin turnirdə qazandığı medalların sayı dördə çatıb. Daha əvvəl Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc medal əldə ediblər.
Qeyd edək ki, bu gün Azərbaycanın daha dörd boksçusu final görüşlərində mübarizə aparacaq.
16:57 11.10.2026
Oxunuş sayı: 64