“Qarabağ” “İmişli”ni iki qolla məğlub edib
Misli Premyer Liqasının VII turunda “Qarabağ” səfərdə “İmişli”ni 2:0 hesabı ilə məğlub edib.
Crossmedia.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin qollarını 59-cu dəqiqədə Aleksey Kaşuk, 88-ci dəqiqədə isə Jali Muaddib vurub.
Bu qələbədən sonra “Qarabağ” 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Dörd xalı olan “İmişli” isə doqquzuncu yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı 2:0, “Sumqayıt” isə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. “Neftçi” – “Sabah” matçı qolsuz bərabərliklə yekunlaşıb. “Zirə” – “Şamaxı” qarşılaşmasında isə tərəflər hərəyə bir qol vurublar.
18:17 11.10.2026
Oxunuş sayı: 66