"Yüksəliş" qalibi ilə müsahibə: "Bu müsabiqədə qalib olmaq həm də ictimai məsuliyyətdir" - ANONS
Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Bu dəfəki “Yüksəliş”in III müsabiqənin qaliblərindən biri olan Sübhan Əsgərzadədir. Həmin müsahibədən əsas fikirləri təqdim edirik:
— " “Yüksəliş” mənim üçün böyük bir fürsət oldu".
— " “Yüksəliş” qalibi olmaq təkcə şəxsi uğur deyil, həm də ictimai məsuliyyətdir".
— "Mənim üçün liderliyin əsas xüsusiyyəti komandada güvən və inam yaratmaqdır".
Qeyd edək ki, müsahibə yaxın günlərdə dərc olunacaq.
Elmir Heydərli
20:18 09.04.2026
Oxunuş sayı: 60