"Yüksəliş" qalibi ilə müsahibə: Bu müsabiqə mənə çox unikal görünürdü - ANONS
Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Bu dəfəki müsahib IV "Yüksəliş" müsabiqəsinin qalibi Elnur Abdullazadədir.
Həmin müsahibədən bir neçə fikri təqdim edirik:
— "Bu müsabiqə mənə çox unikal görünürdü".
— "Birinci imtahandan başlayaraq test mərhələlərinin hər biri üçün konkret məqsəd qoymuşdum".
— "Yüksəliş” müsabiqəsinin mənə qazandırdıqlarını iki mərhələdə dəyərləndirə bilərəm".
— "Yüksəliş müsabiqəsi yalnız qalibiyyətlə bitən bir mərhələ deyil".
Qeyd edək ki, müsahibə yaxın zamanlarda saytımızda yayımlanacaq.
Elmir Heydərli
14:25 13.03.2026
Oxunuş sayı: 56