Müsabiqə qalibi: "Yüksəliş"də qalib gəlmək şəxsi inkişaf yolumun ən güclü təsdiqlərindən biridir - ANONS
Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Bu dəfəki “Yüksəliş”in IV müsabiqənin qaliblərindən biri olan Salman Babazadədir. Həmin müsahibədən əsas fikirləri təqdim edirik:
— "Bu müsabiqədə xüsusi bir “hazırlıq ssenarisi” yoxdur".
— "Yüksəliş" mənə bir neçə dəyəri daha dərindən başa düşmək imkanı verdi".
— "Yüksəliş" müsabiqəsində qalib gəlmək mənim üçün bir titul deyil, şəxsi inkişaf yolumun ən güclü təsdiqlərindən biridir".
Qeyd edək ki, müsahibə yaxın günlərdə dərc olunacaq.
18:00 11.12.2025
Oxunuş sayı: 1620