Müsabiqə qalibi ilə müsahibə: "Yüksəliş"də iştirak etmək özümlə imtahanım idi- Anons
Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Bu dəfəki qonağımı “Yüksəliş”in IV müsabiqənin qaliblərindən biri olan Şəfəq Həsənəlizadədir. Həmin müsahibədən əsas fikirləri təqdim edirik:
-"Yüksəliş müsabiqəsində iştirak etmək özümlə imtahanım idi".
-"Əslində "Yüksəliş" qalibiyyətdən kənar olaraq, güclü networking formalaşdırmaq baxımından əvəzolunmaz platformadır".
-"Yüksəliş konsepsiyası olduqca ideal qurulub".
Geniş müsahibə yaxın günlərdə dərc olunacaq.
Elmir Heydərli
19:06 20.11.2025
Oxunuş sayı: 1858