Müsabiqə qalibi: “Yüksəliş” mənə ilk növbədə rəqabətə davamlı olmağı öyrətdi
“Yüksəliş” mənə ilk növbədə rəqabətə davamlı olmağı öyrətdi.
Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində IV “Yüksəliş”müsabiqəsinin qaliblərindən Kamal Hüseynli deyib.
“Müsahibələr zamanı çoxları “növbəti mərhələ daha çətindir” deyərək prosesi gözündə böyüdürdü. Mən isə çalışırdım ki, hər mərhələyə streslə yox, fayda qazanmaq məqsədi ilə yanaşım. Əgər hər mərhələdən yeni bir şey öyrənməyi hədəf qoyursansa, görürsən ki, yolun özü inkişaf prosesinə çevrilir. Bu yanaşma məndə belə bir düşüncə formalaşdırdı: nəticə – keçmək və ya keçməmək deyil, o mərhələdən sonra özündə nəyi dəyişə bildiyindir. Bundan əlavə, müsabiqə mənə Azərbaycanın müxtəlif sahələrində çalışan ən parlaq gəncləri ilə tanış olmaq imkanı yaratdı. Bu, həm intellektual mühit baxımından, həm də networking baxımından böyük üstünlükdür”, - o bildirib.
Elmir Heydərli
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/54804
15:09 16.11.2025
Oxunuş sayı: 1970