Müsabiqə qalibi: “Yüksəliş”də qalib olmaq üçün mütləq xaricdə təhsil almaq lazımdır fikri doğru deyil
“Yüksəliş” müsabiqəsində qalib olmaq üçün mütləq xaricdə təhsil almaq lazımdır fikri doğru deyil.
Bunu Crossmedia.az-a geniş müsahibəsində 4-cü "Yüksəliş" müsabiqəsi qalibi Orxan Şamilzadə deyib.
“Məncə, bu fikir doğru deyil. Qaliblər arasında həm bakalavr, həm magistr təhsilini Azərbaycanda tamamlamış çox iştirakçı var. Sadəcə statistik olaraq xaricdə təhsil almış şəxslər daha çox meydan oxuyan və yenilikçi yanaşmaya sahib olduqları üçün daha diqqətçəkən ola bilirlər. Amma bu, “yalnız xaricdə oxuyanlar qalib ola bilər” demək deyil”, - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/index.php/az/article/51648
Ayhan
12:47 26.10.2025
Oxunuş sayı: 4128