26 Avqust - Laçın Şəhəri Günü münasibətilə təntənəli konsert proqramı təşkil olunub




26 Avqust - Laçın Şəhəri Günü münasibətilə təntənəli konsert proqramı təşkil edilib.
Crossmedia.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və
Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı
ilə baş tutub.
Konsertdə ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri,
eləcə də Dövlət Mahnı və Rəqs Ansanblı xüsusi proqramla çıxış ediblər.
19:10 26.08.2025
Oxunuş sayı: 569