Almaniyalı deputat Moskva ilə enerji əməkdaşlığını təklif edib
Almaniya da ABŞ-nin nümunəsini izləyərək Rusiyadan dizel yanacağı tədarükü ilə bağlı razılaşma əldə etməlidir. Almaniyalı deputat Klaudiya Vittiq hesab edir ki, Moskvaya qarşı sanksiyalar gözlənilən nəticəni verməyib və ilk növbədə Almaniya iqtisadiyyatına zərər vurur.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın “n-tv” telekanalı məlumat yayıb.
Saksoniya-Anhalt federal torpağının parlamentində təmsil olunan “Sosial Ədalət və Rasional İqtisadiyyat Uğrunda İttifaq” partiyasının deputatı Klaudiya Vittiq Almaniyada yanacaqdoldurma məntəqələrində qiymətlərin yüksək olmasına diqqət çəkib.
“Almaniyaya da dizel yanacağı ilə bağlı razılaşma lazımdır”, – deyə deputat bildirib.
Vittiqin sözlərinə görə, Rusiyaya qarşı sanksiya siyasəti uğursuzluğa düçar olub. O, tətbiq edilən məhdudiyyətlərin əsas zərbəni Almaniyanın özünə vurduğunu qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ABŞ Prezidenti Donald Trampla dizel yanacağının tədarükü barədə əldə olunan razılaşmanı şərh edib. Putin bu addımın qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.
15:24 11.10.2026
Oxunuş sayı: 53