Türkiyə Futbol Federasiyasında daha bir istefa
Türkiyə Futbol Federasiyasının (TFF) Xarici Əlaqələr Komitəsinin sədr müavini Yusuf Büyük vəzifəsindən istefa verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yusuf Büyük 30 iyul 2024-cü ildən etibarən icra etdiyi vəzifədən ayrıldığını açıqlayıb. O, qərarını Türkiyə futbolunda son dövrlər yaranan mübahisəli vəziyyətlə əlaqələndirib.
Büyük bildirib ki, futbol ətrafında yaranmış mübahisələrin sona çatması, etimadın yenidən möhkəmlənməsi və diqqətin idmanın əsas məsələlərinə yönəlməsi üçün federasiyanın hazırkı rəhbərliyinin seçki qərarı verməsi vacib addım olardı.
Qeyd edək ki, son dövrlər Türkiyə Futbol Federasiyasında istefalar davam edir.
15:18 11.10.2026
Oxunuş sayı: 52