Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğu fəaliyyətini dayandırdı
Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğu 50 ildən artıq fəaliyyət göstərdikdən sonra bağlanıb.
Crossmedia.az xəbər verir ki, konsulluğun binasından Almaniya və Avropa İttifaqının bayraqları, eləcə də Almaniyanın gerbi götürülüb.
Diplomatik nümayəndəliyin fəaliyyəti sentyabrın 18-dək tam dayandırılmalıdır. Konsulluğun vəzifələrini bundan sonra Almaniyanın Moskvadakı səfirliyi həyata keçirəcək.
Qeyd edək ki, konsulluq 1972-ci ildən Sankt-Peterburqda fəaliyyət göstərirdi. Onun bağlanması Rusiya tərəfinin Almaniyanın Bonn şəhərindəki Rusiya baş konsulluğunun və Berlindəki Rusiya Elm və Mədəniyyət Evinin fəaliyyətinin dayandırılmasına cavab tədbiri kimi təqdim olunur.
21:37 17.09.2026
Oxunuş sayı: 48