“Baku ID 2026” innovasiya festivalı keçirilir
SABAH.city-də innovasiya, texnologiya və startap ekosisteminin inkişafına həsr olunan festival başlayıb. İnnovasiya və texnologiya layihələrinin bir araya gəldiyi SABAH.city-də “Baku ID 2026” innovasiya festivalı keçirilir.
Crossmedia.az xəbər verir ki, iki gün davam edəcək festivalın açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR prezidenti Rövşən Nəcəf və “PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov iştirak edir.
Festival çərçivəsində innovasiya, texnologiya və startap ekosisteminin inkişafı ilə bağlı panel müzakirələri, təqdimatlar və müxtəlif sessiyalar təşkil olunur.
Tədbir iştirakçıların yeni texnoloji həllər və innovativ layihələrlə tanış olması, fikir və təcrübə mübadiləsi aparması, eləcə də startap ekosisteminin əsas istiqamətləri ətrafında müzakirələr yürütməsi üçün platforma rolunu oynayır.
Ayhan
11:00 17.09.2026
Oxunuş sayı: 55