Rus diplomatlarını Almaniyadan aparmaq üçün xüsusi təyyarə göndərilib
Bonn şəhərində Rusiyanın baş konsulluğunun əməkdaşlarını Almaniyadan aparmaq üçün xüsusi təyyarə ölkəyə gəlib.
Crossmedia.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Katrin Deşauer bildirib.
Onun sözlərinə görə, Rusiya xüsusi bortunun uçuşu üçün müvafiq icazə verilib və təyyarənin səfəri Bonn şəhərindəki Rusiya Baş Konsulluğunun əməkdaşlarının ölkədən çıxarılması ilə bağlıdır.
Almaniya hökuməti Rusiya Baş Konsulluğunun Bonn şəhərində fəaliyyətini sentyabrın 18-dək dayandırmaq qərarına gəlib. Bundan əvvəl Berlindəki “Russkiy Dom”un fəaliyyətinə dair sazişin ləğv ediləcəyi açıqlanıb.
19:52 16.09.2026
Oxunuş sayı: 59