İran və Fransa arasında diplomatik savaş böyüyür
İran və Fransa qarşılıqlı olaraq diplomatları ölkədən çıxarmaq qərarı verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını persona non qrata elan edib və onların ölkəyə girişini qadağan edib.
Buna cavab olaraq Fransa da İran səfirliyinin iki əməkdaşının ölkədən çıxarılmasına qərar verib.
Fransanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, qərara səbəb iyulun 19-da İranda Fransa səfirliyinin iki əməkdaşına qarşı İran xüsusi xidmət orqanlarının törətdiyi son dərəcə ciddi hücum olub.
20:02 19.08.2026
Oxunuş sayı: 49