CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

10:18 01.07.2026

Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub

4

Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhər Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında olub. "Report" xəbər verir ki, burada Leyla Əliyevaya ərazidə görüləcək bərpa və yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 1951-ci ildə salınan parkda bir sıra əsaslı bərpa və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Qeyd olunub ki, parkın ərazisində vaxtilə şəhər sakinlərinin və qonaqların ən sevimli istirahət yeri olan, musiqi və teatr kollektivlərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin vaxtaşırı çıxış etdiyi "Yay teatrı" da fəaliyyət göstərib. Diqqətə çatdırılıb ki, 1800 nəfərlik tamaşaçı yeri olan "Yay teatrı"nda 1975-1980-ci illərdə Azərbaycanın görkəmli estrada və opera müğənnisi Rəşid Behbudovun, Xalq artisti Zeynəb Xanlarovanın, dirijor və bəstəkar Niyazinin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları olub, 1981-ci ildə Nəsibə Zeynalova və Hacıbaba Bağırovun iştirakı ilə teatr kollektivlərinin tamaşaları nümayiş etdirilib. Həmçinin 1982-1995-ci illərdə burada tanınmış xanəndə və müğənnilər Əlibaba Məmmədov, Məhəbbət Kazımov, Məmmədbağır Bağırzadə, Mələkxanım Əyyubova, Nisə Qasımova, Səxavət Məmmədov, Zaur Rzayev və digərlərinin konsertləri keçirilib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR