İranın son addımları bölgədə gərginliyi artırır
İran və ABŞ arasında gərginlik yeni mərhələyə keçir.
Crossmedia.az CNN telekanalına istinadən xəbər verir ki, edilən təhlilə görə, İran və ABŞ qarşıdurmada eskalasiyanı artıracaq addımlar atmağa başlayıblar. İranın son günlər birbaşa olaraq Ramat David bölgəsini hədəfə alması münaqişədə yeni mərhələnin başladığını göstərir.
Təhlildə qeyd olunur ki, tərəflər indiyədək əsasən proksi qüvvələr vasitəsilə qarşıdurma aparsalar da, artıq mübarizə daha açıq və birbaşa xarakter almağa başlayıb. İran son addımları ilə gərginliyi artırmağa hazır olduğu mesajını verir.
Qeyddə vurğulanır ki, ABŞ və İsrail də eyni zamanda eskalasiyanı genişləndirən addımlar atır. Bu isə Yaxın Şərqdə qarşıdurmanın daha təhlükəli mərhələyə keçdiyinə və bölgədə yeni gərginlik dalğasının formalaşdığına işarə edir.
10:19 11.06.2026
Oxunuş sayı: 54