Rusiya Ermənistandan aldığı balığı İran və Türkiyə idxalı ilə əvəz etdi
Rusiya Ermənistandan idxal olunan balıq məhsullarını İran və Türkiyə hesabına əvəz edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistandan diri balıq idxalına məhdudiyyətlərin tətbiq olunacağını əvvəlcədən nəzərə alıb. Bu səbəbdən ölkə digər dövlətlərdən balıq məhsullarının idxalını artırıb.
11:45 11.06.2026
Oxunuş sayı: 49