Netanyahu livanlıları Hizbullahın təsirinə qarşı çıxmağa çağırdı
İsrailin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciət edərək ölkəni Hizbullahın təsirindən azad etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Netanyahu bildirib ki, İsrail Livan xalqına qarşı deyil, İranın maraqları naminə fəaliyyət göstərən və Livan ərazisindən İsrailə qarşı hücumlar həyata keçirən Hizbullaha qarşı mübarizə aparır.
Baş nazir vurğulayıb ki, İsrail Livanla sülh və mehriban qonşuluq münasibətlərində maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq və birgə inkişaf üçün imkanlar mövcuddur, lakin bu yolda əsas maneə Hizbullahdır.
Netanyahu həmçinin qeyd edib ki, İsrail ordusu təşkilata qarşı əməliyyatlarını davam etdirəcək və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atacaq.
Livan vətəndaşlarına səslənən İsrail hökumət başçısı, “İsrail sizinlə sülh istəyir. Gələcəyinizi öz əllərinizə alın”, – deyə bəyan edib.
10:40 11.06.2026
Oxunuş sayı: 47