Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Heydərabad stansiyasından 14 kilometr şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 09:57-də qeydə alınıb.
3 kilometr dərinlikdə baş vermiş 3,2 maqnitudalı yeraltı təkan 3 bal gücündə Sədərək rayonunun Heydərabad qəsəbəsində hiss edilib.
10:56 11.06.2026
Oxunuş sayı: 52