Çarpaz baxış

Azərbaycan və Türkiyə arasında nəqliyyat dəhlizinin açılması son illər ərzində müzakirə olunan vacib bir layihədir. Zəngəzur dəhlizinin açılması məqsədi ilə atılan addımlar artıq nəticələr vermək üzrədir. 

Siyasi şərhçi Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki,  dəhlizin açılması həm Türkiyə, həm də Azərbaycan üçün iqtisadi və strateji baxımdan böyük əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi, həmçinin, Azərbaycan və Türkiyənin Avropa ilə Asiya arasındakı mühüm logistika keçidini təmin edəcək. Beləliklə, Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları, xüsusilə Zəngəzur dəhlizi, həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətli olacaq.

Bu layihə vasitəsilə Avropa ilə Asiya arasında gedən nəqliyyat marşrutlarına nəzarət etmək mümkün olacaqdır. Zəngəzur dəhlizi həm də enerji daşınmalarının asanlaşdırılması baxımından əhəmiyyətlidir. Enerji resursları baxımından zəngin olan bu region, Zəngəzur dəhlizi ilə Avropa bazarlarına daha asan çıxış əldə edə bilər. Bu, həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətli bir qazanc olacaqdır.

Lakin, Ermənistan bəzi qərb ölkələri, xüsusən ABŞ, Fransa və Avropa Birliyi bu prosesə mane olmağa çalışır, onların əsas məqsədi Zəngəzur dəhlizinə öz nəzarətlərini təmin etməkdir. Həmçinin, Rusiya da bu dəhlizin idarə edilməsində maraqlıdır və onun nəzarətini əldə etmək üçün ABŞ və Qərblə mübarizə aparır. Bu gərginlik, Zəngəzur dəhlizinin açılmasını bir qədər ləngidir.

Həmçinin əlavə edib ki: “ Azərbaycan və Türkiyə, bu məsələdə alternativ bir yol olaraq İran ərazisindən istifadə etmək istəyirlər. Bu istiqamətdə artıq bəzi razılaşmalar mövcuddur və İranla əlaqələr gücləndirilərək dəhlizin çəkilməsi prosesi irəliləyir.  Azərbaycan və Türkiyə arasında Zəngəzur dəhlizinin açılması həm regional, həm də qlobal siyasətdə mühüm təsirə malikdir. Əgər Ermənistan bu layihəyə qarşı çıxsa, strateji baxımdan blokada vəziyyətində qalacaq”.


Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il