Çarpaz baxış

Gənclərin hər biri eyni yaşda təhsili tərk etmir. Onların bir hissəsi təhsil alan zaman, part-time işləyirlər. Həm formal təhsildə, həm də əmək bazarında olmaq həqiqətən mümkündür. Gənclər arasında işsizlik nisbətlərini qiymətləndirərkən bundan xəbərdar olmaq vacibdir. 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Cahid İmanlı Crossmedia.az-a açıqlamasında bildirib:

“Təhsilin əsas məqsədlərindən biri də müasir dövrün tələblərinə uyğun şəxsiyyət yetişdirməkdir. Bu tələblərsə, əslində bütün dövrlərdə eynidir-əmək bazarı. Təəssüflər olsun ki, Azərbaycanda təhsil və əmək bazarı arasındakı böyük uçurum hələ də qalmaqdadır. Məsələn, yaxın zamanda bir çox güc nazirliklərinə çox sayda informasiya təhlükəsizliyi üzrə mütəxəssis qəbulu elan edilmişdi və ya hazırda Müdafiə Nazirliyi İnformasiya Təhlükəsizliyi üzrə təhsil alan yüksək ballı tələbələr üçün əsgəri xidmət zamanı Nazirlikdə “xüsusi hərbi xidmət” elan edib. Bu deyilənlər bu sahədə kadr çatışmazlığından xəbər verir. Halbuki aidiyyatı qurumlar uzun müddətli proqnozlar verməli və lazım olan sahədə kadr hazırlığını gücləndirməli, bir çox ixtisaslar üzrə kadr hazırlığını ya dayandırmalı ya da azaltmalıdır. Məsələnin ən aktual tərəfi isə universitetlərin elmi - fənn strukturu tamamilə yenilənməli, məzun olan tələbələr əmək bazarının tələblərinə tam cavab verməlidirlər. Əks halda gələcəyimiz ali təhsilili, lakin öz sahəsində işləməyən və heç bir praktiki təcrübəsi olmayan yüzlərlə işçilərdən asılı olacaq”.


Ekspert təhsildə iştirak edən qadınların payının kişilərə nisbətən daha yüksək olduğunu bildirib. Qadınlar təhsildə kişiləri üstələyirlər, lakin bu, əmək bazarında bərabər imkanlara çevrilmir. Bu məsələnin səbəblərini açıqlayan C. İmanlı Azərbaycanın əmək bazarında qadın işçilərin az olması bir sıra faktorlarla bağlılığını vurğulayıb. 

“İlk növbədə milli-mentalitetlə bağlı olaraq aparıcı ölkələrin praktikasından fərqli olaraq qadınların hər işdə işləyə bilməməsidir. Bəzi hallarda valideynləri və ya həyat yoldaşları onların işləməsinin əleyhinə olur. Digər səbəb ailə-məişət qayğılarının daha çox qadınların üzərinə düşməsidir. Eləcə də iş prosesi zamanı qadınların müxtəlif zorakılığa, ən əsas da cinsi "qısnamaya" məruz qalması da onların əmək bazarında kişilərlə bərabər imkanlar qazanmasına mane olan səbəblərə aiddir”.

Samirə Kərimli

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il