Çarpaz baxış

Bu günün təhsil reallığı ondan ibarətdir ki, şagirdlər üçün repetitor fəaliyyəti məktəbdən öncə düşünülür. Təhsil sistemimizdə bu, qaçılmaz zərurətə çevrilib. Şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanında da yalnız bu fənlər üzrə hazırlaşırlar. Bu isə şagirdlərin dünyagörüşləri bir növ zəiflədir deyə bilərij. Repetitorların əksəriyyəti şagirdlərin orta məktəb müəllimləridir. Bəs valideynlər nəyə görə məktəbin verdiyi təhsilə etimad edə bilmir?

Mövzu ilə bağlı Crossmedia.az olaraq təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğluya müraciət etdik:

 -Rizvan bəy, repetitorluq fəaliyyəti olmadan məktəb təhsili nəyə görə abituriyentin universitetə qəbul olmasına yetmir?

 -Bizim dönəmdə imtahana düşən suallar asan səviyyədə idi. Düzdür, hamısı belə primitiv olmurdu, bununla yanaşı çətin suallar da verilirdi. Ancaq üstünlük fərqli idi. İndiki zamanda bu tip sualları görə bilmərik. Bu gün tələb başqadır. Məktəb bizə qaşıqla verir, Dövlət İmtahan Mərkəzi qazanla tələb edir. Bu tələbi ödəmək üçün biz repetitora məcbur qalırıq. Sanki Təhsil Nazirliyinə tabe olan məktəblər Dövlət İmtahan Mərkəzinin tələb etdiyi bilik qarşısında acizdir, bu tələbi ödəyə bilmir. Repetitor yanına getmədən universitetə qəbul bu gün çox müşkül məsələyə çevrilib.

  -Müəllimlər niyə öz fəaliyyətini dərsdən sonraya - hazırlığa saxlayırlar?

 -Əslində, bu etik deyil, çünki müəllim dərsdə də şagirdə can yandırmalıdır. Bunun əksi isə qeyri-etik hal və özbaşınalıqdır.

Samirə Kərimli

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il