Çarpaz baxış

Son zamanlarda qızılın qiymətində artım müşahidə olunur. Bu artım qlobal iqtisadi sabitsizlik, inflyasiya və bazarlardakı qeyri-müəyyənliklə əlaqədardır. 

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinin artmasının əsas səbəbi dünyada geosiyasi gərginliyin yüksəlməsidir. Amerika seçkilərinin nəticələrinin əvvəlcədən proqnozlaşdırıla bilməməsi və iqtisadiyyatda durğunluq elementlərinin və siqnallarının olması da bu artıma təsir edir:

“İqtisadiyyatda sabit mənzərə olmadığı halda, investorlar daha çox qızıla yatırım etməyə meyillənirlər. İnvestorlar üçün etibarlı bir seçim olan qızıl, “güvənli liman” rolunu oynayır və onlar vəsaitlərini daha çox bu qiymətli metala yönəldirlər".

N.Cəfərli bildirib ki, bir çox mərkəzi banklar, o cümlədən Çin, Hindistan və Rusiya mərkəzi bankları da qızıl ehtiyatlarını artırmaq üçün intensiv şəkildə qızıl alırlar ki, bu da qiymətlərə öz təsirini göstərir. Qızılın qiymətinin artması Azərbaycanın iqtisadiyyatına birbaşa təsir etməsə də, dolayısı ilə özünü büruzə verir.

Son olaraq ekspert onu da qeyd edib ki, son bir ildə qızılın qiyməti təqribən 30 faiz artıb və bu bahalaşma istehlakçılara, onların alıcılıq qabiliyyətinə mənfi təsir göstərib.

Aytac Bəhruzqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il