Çarpaz baxış

Dezinformasiya xəbəri saxtalaşdırır və yalan məlumata çevirir. Eyni zamanda dezinformasiya internetdəki məlumatlara inamın azalmasına səbəb ola bilər. Öz növbəsində, bu inamsızlıq xəbərin təsir dairəsini belə zəiflədir. İnformasiya müharibəsi hazırda günün reallığına çevrilib və onun əhatə dairəsi olduqca genişdir.

Mövzu ilə bağlı media eksperti Azər Həsrət Crossmedia.az- a açıqlamasında bildirib ki, informasiya müharibəsi tarixin bütün mərhələlərində olub:

“Ancaq hazırki dövrdə informasiya müharibəsi özünü daha intensiv şəkildə göstərir. İnformasiya  müharibəsində dezinformasiya ən çox istifadə olunan metoddur. Dezinformasiya yalnış informasiyadan fərqli olaraq məqsədli şəkildə cəmiyyəti yanıltmağa xidmət edir. Dezinformasiyanı yayan subyektlərin arxasında böyük güclər dayanır”.

A.Həsrət Azərbaycanda dezinformasiyanın yayılması mövzusuna xüsusi toxunub. O deyib ki, Azərbaycanda dezinformasiya yayan subyektlər 2 qola bölünür:

“Bunlardan birincisi əsasən xaricdən idarə edilən mərkəzlərdir. İkincisi isə daxildə olan və özünün siyasi, ictimai biznes maraqlarını daha önə çıxarmaq istəyən mərkəzlərdir. Xaricdə olan mərkəzlər daha çox anti Azərbaycan məqsədlərə xidmət edir. Onlar bütövlükdə dövlətimizi və xalqımızı hədəf alıblar. Daxildə olanların əksəriyyəti şəxsi biznes maraqlarına xidmət edən dezinformasiya ilə məşğuldur.

Media eksperti dezinformasiyanın etik tərəflərindən də söz açıb:

“Dezinformasiya əxlaq, ədəb normalarından kənar davranışdır. Bu səbəbdən dünyanın hər yerində dezinformasiyaya  qarşı mübarizə aparılır. Mübarizənin nə qədər effektiv olması da cəmiyyətin bilik səviyyəsindən asılıdır. Bilikli cəmiyyətdə dezinformasiya çox irəli gedə bilmir. Savadsız toplumlarda dezinformasiya bir anın içində yayıla bilir “.

Sonda ekspert dezinformasiyanın yayılmasının qarşısını almaq yollarından bəhs edərək qeyd edib ki, dezinformasiyaya qarşı mübarizədə vətəndaşların  maarifləndirilməsi və məlumatlandırılması ön sırada olmalıdır.

Bahar Musayeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il