Çarpaz baxış

“Azərbaycan ordu quruculuğu məsələlərini daim prioritet olaraq görüb və yaxın perspektivdə də bu prioritetlər dəyişməyəcək. Məhz ordu quruculuğunun həyata keçirilməsində ən vacib məsələlərdən biri Silahlı Qüvvələri müasir silah-sursat və hərbi texnika ilə təchiz edilməsindən ibarətdir. Dünyada davam edən çox sayda konfliktlər fonunda Ordunun yerli məhsullarla təchizatı imkanlarını ildən-ilə artıran Azərbaycan bu il artıq silah bazarına yerli istehsalı olan zirehli vasitələri, PUA-lar, atıcı silah və sursatları, uzunmənzilli antimaterial, hətta lazer silahlarını təqdim edir”.

Bu fikirləri Crossmedia.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev söyləyib:

“Azərbaycan minatəmizləyən şəxslərin daşınması üçün silahlı zirehli maşınları, şəxsi heyətin təxliyəsi üçün sanitar maşınları və s. kimi silahların yerli istehsalını artıq təşkil edib. Onlarla müəssisədə minlərlə məhsul Azərbaycanın özündə istehsal, onların bir hissəsi isə idxal olunur. Azərbaycanın silahları 44 günlük Vətən müharibəsində də kifayət qədər geniş istifadə olundu və onlar öz imkanlarını həm ərazilərimizi işğal edən Ermənistana, həm də onların havadarlarına nümayiş etdirdi. Azərbaycan özəl sektorda silah sənayesinə daxil olması üçün geniş imkanlar yaradıb”.


Ekspertin sözlərinə görə, “Azərsilah”ın yaradılması da bu kontekstdə çox vacib addımlardan biri olub. Digər tərəfdən Türkiyə ilə kifayət qədər çox sayda müqavilələr imzalanıb ki,  ”Aselsan”, “Roketsan”, “Havelsan” kimi dünyanın tanınmış şirkətləri Azərbaycanla birgə müdafiə sənayesi təyinatlı məhsullarının imkanına münbit şərait yaradır. Ə.Verdiyev qeyd edib ki, yaxın 2-3 il ərzində Azərbaycan müdafiə sənayesi sahəsində irəliyə doğru çox sürətli addımlar atacaq ki, bunun da nəticələrini 2026-cı ildə Azərbaycanda keçiriləcək “ADEX” sərgisində daha geniş şəkildə müşahidə edəcəyik.

 “İstənilən halda Azərbayacanın müdafiə sənayesinin inkişafı regional güc balansına da təsir edir. Əgər Ermənistan çox böyük əhəmiyyət daşımayan silahları belə kənardan almaq məcburiyyətindədirsə, Azərbaycan artıq müasir silahlarla həm öz Silahlı Qüvvələrimizi təmin etmək imkanı əldə edir, həm də onların ixrac potensialı yaranır.

Ermənistanın müstəqil Azərbaycan tərəfindən müdafiə sənayesinin inkişafına mane olmağı üçün heç bir real mexanizmləri mövcud deyil. Bizim bütün fəaliyyətlərimiz beynəlxalq hüquq və normativlərə uyğun olaraq həyata keçirilir. Ermənistan bəyanatlar səsləndirə bilər, amma bu məsələlər bəyanatdan o tərəfə keçə və heç bir nəticə verə bilməz”.

Əfsanə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il