Çarpaz baxış

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq. MSK-nın sədr müavini Rövzət Qasımov mətbuata verdiyi açıqlamasında bələdiyyə seçkilərinin keçiriləcəyi tarixin noyabrın sonuna qədər elan ediləcəyi bildirib. 

Məsələni Crossmedia.az-a şərh edən bələdiyyə məsələləri üzrə ekspert Fərman Salmanlı Azərbaycan Respublikasınında seçkilərin və referendumun vaxtının müəyyənləşdirilməsini və keçirilməsini tənzimləyən normativ hüquqi aktın Azərbaycan Respublikasının Seçki Məcəlləsi olduğunu bildirib.

"Seçki məcəlləsinə görə bələdiyyələrin səlahiyyət müddəti beş ildir və sonuncu bələdiyyə seçkisinin 2019-cu il 23 dekabrda keçirildiyini nəzərə alsaq növbəti seçki 2024-ci il  23 dekabr tarixində keçirilməli idi".
Ekspert qeyd edib ki, seçki məcəlləsinin 8-ci maddəsinə əsasən seçkilərin təyin edilmə müddəti MSK tərəfindən elan edildiyi tarixdən 60 gün sonra keçirilməlidir.

"Bu isə o deməkdir ki, növbəti bələdiyyə seçkiləri 23 dekabr tarixində keçirilməyəcək. MSK-nın müavini Rövzət Qasımov mətbuata verdiyi açıqlamasında bələdiyyə seçkilərinin keçiriləcəyi tarixin noyabrın sonuna qədər elan ediləcəyi bildirib. Noyabrın sonunda seçkilərin keçirilməsinin  elan edilməsi isə növbəti seçkinin 2025-ci ilin ilk ayında keçirilməsi yəni vaxtından gec keçirilməsi deməkdir".


Müsahib bildirib ki, qanunvericiliklə seçkilərin keçirilməsini istisna edən hallara daxildir: Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edilməsi, hərbi və ya fövqəladə vəziyyət, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz.

"Seçkinin qanunla müəyyən edilmiş  5 illik səlahiyyət  müddətindən sonraya təyin edilməsini 2 amil ilə əsaslandırmaq olar. Birinci amil, 2024-cü ildə növbədənkənar Prezident və Milli Məclis seçkiləri olmaqla 2 seçki keçirilib. Yeni seçkinin keçirilməsi üçün vaxta və hazırlığa ehtiyac var. Bunu nəzərə alıb seçki vaxtı təxirə salına bilər. İkinci amil, noyabr ayında COP29 kimi beynəlxalq tədbirin keçirilməsidir. Məlumdur ki, COP29 çox böyük və mühüm tədbirdir. Xüsusən tədbirin keçiriləcəyi Bakı şəhərində sakitliyə ehtiyac var və  dövlət orqanları  bu tədbirin keçirilməsinə köklənib. Seçkilərin vaxtının təyin olunması  hərəkətlilik tələb edir. Belə bir zamanda seçkilərin təyin edilməsi, imza torplanılması bir sıra çətinliklər yarada bilər".

Fərman Salmanlı son olaraq bütün bu amillərin bələdiyyə seçkilərinin keçirilməsinin təxirə düşməsinə səbəb ola biləcəyini qeyd edib.

Gülay Qəribova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il