Çarpaz baxış

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin BMT-nin builki COP29 sammitində iştirak etməyəcək. Qlobal iqlim böhranının ciddiyyətini nəzərə aldıqda, bu qərarın Avropa İttifaqının beynəlxalq ictimaiyyətin gözündə məsuliyyətdən yayınmaq kimi dəyərləndirilməsi ehtimalı var. Avropa İttifaqı iqlim siyasətində aparıcı rol oynamaq iddiasında olsa da, onun COP29-dan kənarda qalması bu mövqeyə və onun beynəlxalq arenadakı nüfuzuna təsir göstərə bilər. 

Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, bəlli bir anti-Azərbaycan qüvvələr var və bu qüvvələr COP29-un da əleyhinə çıxış edirlər:

“Bu ölkələrin Qərb sistemində yer alması da təsadüfi deyil. Güclü bir erməni lobbisinin təsiri altındadırlar və COP29-a qarşı Azərbaycanın imicini zədələmək üzərindən başlatdıqları yanaşmalarda bunu görürük. Ursula fon der Leyenin Avropa İttifaqının daxili siyasi vəziyyətinə cavabdeh olan bir şəxs kimi buna diqqət yetirməsi onunla əlaqədardır ki, qurum daxilində ciddi yoxlamalar başlayıb. Qurum daxilində son dörd illik fəaliyyətin təftiş olunmasına yönəlik böyük addımlar həyata keçirilir və “bu yoxlamalar indiki administrasiyaya hansı nəticələrlə zərbə vura bilər?”məsələsi çox önəmlidir. Düşünürəm ki, buna bir az da bu yanaşmadan baxmaq lazımdır ki, Ukrayna müharibəsi davam edir və görünür ki, Ukrayna müharibəsi kontekstində Avropa İttifaqı rəhbərliyi müəyyən anormal addımlarla da yadda qalıb. Bu, onların daxili hesablaşması kimi də izah olunsa, daha uyğun bir yanaşma olar”.

Ekspert COP29-un dünyaya yeni bir gündəm verəcək və yeni öhdəliklərin qəbul edilməsi üçün mühüm bir platforma olacağını vurğulayıb:

“Hesab edirəm ki, dünyanın bir çox liderlərinin, beynəlxalq korporasiyaların iştirakı böyük öhdəliklər və gələcəyə yönəlik əməkdaşlıq mühiti doğurur. İştirak etməyənlər üçün isə böyük problemlər doğur”.

Günəş

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il