Çarpaz baxış

İran və İsrail arasındakı münaqişələr hələ də davam edir. İsrailin ölkə ərazisinə son zərbələrindən sonra İran İsrailə cavab zərbəsinin miqyasını artıra bilər ki, bu dəfə təkcə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah, elit qüvvələr) deyil, həmdə nizami ordu iştirak edəcək. Bəs bu dəyişiklik İran və İsrail arasındakı qarşıdurmaya necə təsir göstərə bilər?

Məsələ ilə bağlı politoloq Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, İran İsrailə qarşı daha sərt formada zərbələr endirməkdə maraqlı deyil:
"Çünki İsrail özü müxtəlif dönəmlərdə çalışırdı ki, İranı genişmiqyaslı hərbi toqquşmaya cəlb etsin və beləliklə də Birləşmiş Ştatlarla İranı birbaşa qarşı-qarşıya gətirsin. Bununla da uzun illər ərzində hədəflədiyi planları həyata keçirmiş olsun. Ona görə də İran heç bir zaman İsrailə qarşı geniş səpkili əməliyyatlara və xüsusilə quru əməliyyatlara başlamaq niyyətində deyil".

Həmçinin politoloq qeyd edib ki, əgər İran bu addımı atarsa, o zaman İsrailin qurduğu tələyə düşmüş olur ki, Tehranın bu səhvi edəcəyini düşünmürəm:
 "Ona görə də nə qədər ki, İsrail bu proseslərdə maraqlı deyilsə və İrana qarşı hər hansı bir hücum əməliyyatları keçirməzsə və eyni zamanda  Birləşmiş Ştatlar bu prosesə başlamazsa, İranın bu addımı atması, yəni İsrailə qarşı zərbələr endirməsi, xüsusilə, birbaşa öz ordusu ilə  müharibəyə getməsi inandırıcı deyil".

Gülşad İbrahimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il