Hayden Panettiere 36 yaşında vəfat etdi
ABŞ-li aktrisa, "Heroes" və "Nashville" seriallarındakı rolları ilə tanınan Hayden Panettiere 36 yaşında vəfat edib. Onun ölümünü atası Skip Panettiere təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Panettiere aktyorluğa uşaq yaşlarından başlayıb. O, 2006-cı ildə "Heroes" serialında Kler Bennet obrazını canlandırdıqdan sonra dünya şöhrəti qazanıb. Daha sonra "Nashville" serialında Cülyetta Barns rolunu oynayıb və bu işinə görə iki dəfə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.
Aktrisa "Scream" film seriyasında, "Remember the Titans" filmində və "A Bug's Life" animasiya filmində də rol alıb. Sonuncuda Dot obrazını səsləndirib.
Hayden Panettiere 2009-cu ildən ukraynalı boksçu Vladimir Kliçko ilə münasibətdə olub. Cütlük 2013-cü ildə nişanlandıqlarını açıqlayıb, 2014-cü ildə isə onların Kaya adlı qızı dünyaya gəlib. Kaya hazırda atası ilə yaşayır.
Aktrisanın ölüm səbəbi açıqlanmayıb və hadisə ilə bağlı araşdırma aparılır.
11:21 17.08.2026
Oxunuş sayı: 50