8 ərəb və müsəlman ölkəsindən İSRAİLƏ sərt mesaj
Səkkiz ərəb və müsəlman ölkəsi İsrailin Qəzza ilə bağlı sülh yol xəritəsini rədd etməsini pisləyərək, bunun bölgədə sülh səylərinin qarşısını aldığını bildirib.
Crossmedia.az xəbər verir ki, Qətər Xəbər Agentliyi (QNA) bu barədə məlumat yayıb.
Birgə bəyanata əsasən, Qətər, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İsrailin Qəzzada münaqişənin başa çatdırılmasına dair yol xəritəsini rədd etməsinin sülh prosesini təhlükə altına atdığını bildiriblər. Onların sözlərinə görə, bu mövqe ABŞ Prezidenti Donald Trampın planının həyata keçirilməsinə mane olur və İsrail Qəzzada sülh səylərinin qarşısının alınmasına görə məsuliyyət daşıyır.
Nazirlər yol xəritəsinin tam və dərhal icrasına çağırıb, iki dövlətli həllin, 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin və Şərqi Qüdsün paytaxt olmasının vacibliyini vurğulayıblar.
23:58 16.08.2026
Oxunuş sayı: 52