"Kəpəz" belçikalı yarımmüdafiəçi Desmond Akuanı transfer edib
"Kəpəz" futbol klubu belçikalı yarımmüdafiəçi Desmond Akuanı heyətinə cəlb edib.
Crossmedia.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu ilə müddəti 2026/2027 mövsümünün sonunadək olan müqavilə imzalanıb.
Qeyd edək ki, D.Akua son olaraq Belçikanın "Dender" klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 15 oyunda 2 qol vurub.
13:04 13.08.2026
Oxunuş sayı: 42