CROSSMEDIA - WhatsApp biznes hesabları üçün süni intellekt dəstəkli yeniliklər təqdim edir!
Texnologiya

WhatsApp biznes hesabları üçün süni intellekt dəstəkli yeniliklər təqdim edir!

WhatsApp süni intellekt sahəsindəki atılımlarına sürətlə davam edir.

WhatsApp-ın iOS üçün TestFlight vasitəsilə yayımlanan ən son beta versiyası (24.25.10.84) biznes hesablarına yönəlmiş iki mühüm yeniliyi təqdim edir. Yeni versiyada bizneslərin tətbiqlərini süni intellekt alətləri ilə əlaqələndirməsini təmin edən bir platforma bağlantısı xüsusiyyəti və süni intellekt dəstəkli mesajlaşma sistemləri sınaqdan keçirilir. Bu xüsusiyyətlər qısa müddət əvvəl Android versiyasına əlavə edilən yeniliklərin iOS sisteminə də daşınması deməkdir.

Yeni xüsusiyyət bizneslərin bir QR kodu skan edərək tətbiqlərini süni intellekt dəstəyi ilə birləşdirməsinə imkan yaradır. Bu inteqrasiya sayəsində süni intellekt müştəri mesajlarını təhlil edərək məhsul məlumatlarını paylaşa, müştəri ehtiyaclarına uyğun tövsiyələr təqdim edə və qiymət və ya stok vəziyyəti kimi ətraflı məlumatları çatdıra bilir. Xüsusilə iş saatlarından kənarda bu alətlərin devrə girməsi ilə bizneslər üçün böyük üstünlüklər təmin ediləcək.

WhatsApp şəffaflıq prinsipinə uyğun olaraq müştərilərə söhbətin süni intellekt tərəfindən idarə olunduğunu açıq şəkildə bildirəcək. Bundan əlavə, bizneslər istənilən vaxt danışığı əl ilə idarə edə biləcəklər. Beləliklə, müştərilərlə fasiləsiz və problemsiz ünsiyyət qurulması hədəflənir. Meta, bizneslərdən rəy toplayaraq süni intellekt dəstəkli mesajlaşma sistemini daha da təkmilləşdirməyi planlaşdırır.

Nərgiz Camalzadə

19:50 27.12.2024

Oxunuş sayı: 4564

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR