Kolumbiyada zəlzələ: Ölənlərin sayı 111-ə çatıb - YENİLƏNİB
Kolumbiyada baş verən güclü zəlzələ ilə əlaqədar ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Risklərinin İdarə Edilməsi üzrə Milli İdarə məlumat yayıb.
Kolumbiya Prezidenti bildirib ki, zəlzələ nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb.
Hazırda xilasetmə və axtarış işləri davam etdirilir.
20:38
Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə yüksəlib.
Crossmedia.az “BluRadio”ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Bu arada, Rusiyanın Kolumbiyadakı səfirliyi zəlzələ nəticəsində Rusiya vətəndaşlarının xəsarət alması barədə hələlik heç bir məlumat daxil olmadığını bildirib.
20:08
Kolumbiyanın Kali şəhərində güclü zəlzələ baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ nəticəsində azı 20 bina dağılıb. Şəhərin meri dağıntılar altında insanların qaldığını bildirib.
Hazırda xilasedicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirir. Ölən və yaralananların sayı barədə hələlik dəqiq məlumat yoxdur.
23:25 10.08.2026
Oxunuş sayı: 68