Hakan Fidandan Cənubi Qafqazın taleyini dəyişəcək təklif - Tofiq Zülfüqarov şərh etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qafqaz ölkələri ilə də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə sazişi tipli müdafiə əməkdaşlığının mümkünlüyündən danışıb. O, Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsi fonunda Qafqazda təhlükəsizlik və iqtisadi əməkdaşlıq imkanlarının yarandığını və gələcəkdə belə bir müdafiə ittifaqına ehtiyac yarana biləcəyini bildirib. Fidanın açıqlaması regionda yeni təhlükəsizlik mexanizminin yaradılması ehtimalını gündəmə gətirib.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Crossmedia.az-a açıqlamasında bildirib ki, region ölkələri mövcud mürəkkəb geosiyasi vəziyyət fonunda yeni təhlükəsizlik formatlarının axtarışındadır: “Region ölkələri təhlükəsizlik formatı axtarırlar. Müxtəlif versiyalar təklif olunur”.
T.Zülfüqarov Cənubi Qafqazın həm şimalında, həm də cənubunda müharibələrin davam etməsinin regiondakı təhlükəsizlik məsələlərinə təsir göstərdiyini qeyd edib:

“Çünki geosiyasi vəziyyət çox mürəkkəbdir. Bizim Cənubi Qafqazdan şimal tərəfdə və cənub tərəfdə müharibələr baş verir”.
Keçmiş nazir Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə müdafiə ittifaqının yaradılması ilə bağlı təşəbbüsünün region ölkələri tərəfindən necə qarşılanacağının vacib olduğunu vurğulayıb:
“Bu baxımdan Türkiyə xarici işlər nazirinin təşəbbüsü, belə deyək, bu təşəbbüslərdən biridir. Baxaq, görək region ölkələri bu təşəbbüsə nə münasibət bəsləyəcəklər”.
Nigar Xəlilli
19:30 10.08.2026
Oxunuş sayı: 47