Yasamalda rayonunda yanğın qeydə alınıb
Bakının Yasamal rayonunda yanğın qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, açıq sahədə baş vermiş yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
19:34 10.08.2026
Oxunuş sayı: 38