Biləsuvarda ağır qəza: Piyada hadisə yerində öldü
Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Məhəbbət Tərlanoğlu
11:05 05.09.2026
Oxunuş sayı: 48