Sabah bu yolda hərəkət dayandırılır – Sürücülərə xəbərdarlıq
Sabah Abşeron rayonunda - Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu barədə məlumat yayıb.
Qeyd olunub ki, məhdudlaşdırma təmir işləri ilə bağlıdır.
Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunub.
21:25 20.10.2026
Oxunuş sayı: 58