Finlandiya prezidenti Zelenskini jurnalistlərdən uzaqlaşdırdı – Səbəb nədir?
Finlandiya prezidenti Aleksandr Stubb Norveçin paytaxtı Osloda ABŞ nümayəndələri ilə görüşdən əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin jurnalistlərin suallarını cavablandırmasına mane olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Məlumata görə, Stubb Zelenskini yan otağa çağıraraq onu qoruyacaqlarını bildirib. Ukrayna lideri jurnalistlərin suallarını cavablandırmaq üçün dayandıqda Finlandiya prezidenti əl işarəsi ilə onu başqa otağa dəvət edib və özü də oraya keçib.
“Səni tək qoymayacağıq, səni qoruyacağıq, ona görə bura gəl”, – deyə Stubb Zelenskiyə müraciət edib. Yan otağa daxil olan Ukrayna prezidenti isə “Çox sağ ol” deyib.
Oktyabrın 20-də Osloda Ukrayna, Avropa və ABŞ nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. Məlumatlara görə, görüşdə Ukraynadakı münaqişənin həlli və Donbasla bağlı məsələlərin müzakirəsi gözlənilirdi.
21:54 20.10.2026
Oxunuş sayı: 63