Zelenskidən ABŞ-yə mühüm tələb – NATO modelində zəmanətlər
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ nümayəndə heyəti ilə görüşdə NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Müzakirələr ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərlik etdiyi nümayəndə heyəti ilə aparılıb. NATO-nun 5-ci maddəsinə əsasən, alyans üzvünə silahlı hücum bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilir.
22:12 20.10.2026
Oxunuş sayı: 65