Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub
Fransada xanım səfirlər üçün nahar təşkil olunub və ölkənin birinci xanımı Bricit Makronun qatıldığı tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva da iştirak edib.
Crossmedia.az xəbər verir ki, L. Abdullayeva bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Qadın səfirlərin Fransanın birinci xanımı ilə naharı.
Mühüm mövzular barədə səmimi müzakirələr: qadınlar, uşaqlar, təhsil, səhiyyə və daha çoxu", - o yazıb.
Azərbaycanın Fransadakı səfiri bu görüşə görə təşəkkür edib.
18:27 20.10.2026
Oxunuş sayı: 51