Ukrayna danışıqlarında Avropa kənarda qala bilər – Sabiq baş nazir
İtaliyanın keçmiş baş naziri Mario Draqi Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı danışıqlarda Avropanın iştirak etməli və prosesdə mühüm rol oynamalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Draqinin sözlərinə görə, Avropa ilə ABŞ arasındakı münasibətlərin gələcəyi Ukraynadakı münaqişənin necə başa çatacağından asılı olacaq. O, sülh sazişinin hazırlanmasında Avropa ölkələrinin iştirakının da mühüm əhəmiyyət daşıdığını qeyd edib.
“Əgər bu sənəd avropalıların iştirakı olmadan hazırlanarsa, gələcəyin kifayət qədər qeyri-müəyyən olacağından narahatam”, – deyə Draqi vurğulayıb.
Oktyabrın 20-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da Avropanın danışıqlar masasında təmsil olunmasının vacibliyini bildirib. O, Avropanın Rusiyaya qarşı mümkün qədər sərt tələblər irəli sürməli olduğunu qeyd edib.
21:11 20.10.2026
Oxunuş sayı: 61