Özbəkistanın məşhur rektoru INGLA International-ın qonağı oldu
INGLA International Education and Training Center beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir uğura imza atıb. Mərkəzin ofisində Daşkənd Dövlət İqtisad Universitetinin yeni təyin olunmuş rektoru, Özbəkistanın sabiq ali təhsil naziri, professor Konqratbay Şaripovla görüş keçirilib.
Görüş zamanı INGLA International-ın “Study in Uzbekistan” Azərbaycan nümayəndəliyi olaraq azərbaycanlı tələbələrin Özbəkistanda ali təhsil almaları istiqamətində həyata keçirdiyi fəaliyyətlər və əldə olunan nəticələr müzakirə edilib.
Professor Konqratbay Şaripovun ali təhsil naziri olduğu dövrdə azərbaycanlı tələbələrə göstərdiyi diqqət və dəstək xüsusi vurğulanıb. Onun azərbaycanlı gənclərin Özbəkistanda təhsil imkanlarının genişlənməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib və professorun azərbaycanlı tələbələrin yaxın dostlarından biri olduğu qeyd edilib.
Görüşün mühüm nəticələrindən biri INGLA International Education and Training Center ilə Daşkənd Dövlət İqtisad Universiteti arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı razılığın əldə olunması olub. Bu əməkdaşlığın azərbaycanlı tələbələrin Özbəkistanda təhsil imkanlarının genişləndirilməsinə və iki ölkə arasında akademik əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
INGLA International Education and Training Center beynəlxalq təhsil imkanlarının artırılması, tələbələrin xarici universitetlərə qəbul prosesinə dəstək göstərilməsi və ölkələrarası təhsil əlaqələrinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir.
INGLA International Education and Training Center professor Konqratbay Şaripova Azərbaycan–Özbəkistan təhsil əlaqələrinin inkişafına verdiyi töhfələrə görə təşəkkür edir, onu yeni vəzifəsi münasibətilə təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.
17:59 20.10.2026
Oxunuş sayı: 161