Bakının bu ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə.İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə.Tağıyev, M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
22:46 10.08.2026
Oxunuş sayı: 37