Tramp İrana qarşı sərt tələb irəli sürdü: İndi biz də təzminat istəyirik
ABŞ Prezidenti Donald Tramp İranın müharibə zamanı dəymiş zərərə görə təzminat tələb etməsinə cavab olaraq Tehrandan kompensasiya tələb etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp qeyd edib ki, İran İslam Respublikası nümayəndələri beş ay davam edən hərbi münaqişə zamanı ölkəyə dəymiş zərərə görə təzminat tələb edirlər. O, bu məsələnin əvvəlki danışıqlarda və görüşlərdə heç vaxt müzakirə olunmadığını vurğulayıb.
ABŞ lideri İranın tələbinə cavab olaraq, Vaşinqtonun da İranın yol kənarında yerləşdirilən bombalarından ölən və ağır yaralanan insanlar üçün kompensasiya tələb etdiyini deyib.
Tramp, həmçinin münaqişənin İranın nüvə silahına malik olmaması ilə bağlı olduğunu bildirib.
21:25 10.08.2026
Oxunuş sayı: 40