AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb raket hücumu olub - Euronews
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb Rusiya raketi olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Euronews" öz mənbələrinə istinadən xəbər verir.
Mənbələrin məlumatına görə, Bakı-Qroznı reysi ilə uçan təyyarə atəşə tutulub.
Hökumət mənbələri Euronews-a bildiriblər ki, pilotların təcili enişlə bağlı müraciətlərinə baxmayaraq, zərər çəkmiş təyyarənin Rusiyanın hava limanına enməsinə icazə verilməyib. Həmçinin, Qazaxıstanın cənub-qərbindəki Aktau şəhəri istiqamətində Xəzər dənizi üzərindən uçmaq əmri verilib.
Nəzrin Salmanova
13:44 26.12.2024
Oxunuş sayı: 20299