Venesuelada zəlzələ qurbanlarının sayı 5 069-a çatıb
Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 5 069 nəfərə yüksəlib. Minlərlə insan isə yaralanıb və evsiz qalıb.
Crossmedia.az xəbər verir ki, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes bu barədə "Telegram" kanalında məlumat yayıb.
Xorxe Rodriqesin paylaşdığı hökumətin gündəlik məlumatına əsasən, zəlzələ nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər isə yaşayış yerini itirib.
Qeyd edək ki, dağıdıcı zəlzələ Venesuelada iyunun 24-də axşam saatlarında baş verib. Hazırda bölgədə xilasetmə və bərpa işləri davam etdirilir.
12:03 18.07.2026
Oxunuş sayı: 62