Rusiyada 5,3 maqnitudalı zəlzələ baş verib
Rusiyanın Novosibirsk vilayətinin Karasuk şəhəri yaxınlığında 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. İlkin məlumata görə, təbii fəlakət nəticəsində itki və dağıntı olmayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Qərbi Sibir dəmir yolunun mühüm qovşaqlarından birinin yerləşdiyi Karasuk şəhəri yaxınlığında olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsi bildirib ki, yeraltı təkanlar nəticəsində insan tələfatı və ya hər hansı dağıntı qeydə alınmayıb.
Hazırda aidiyyəti qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır.
12:07 18.07.2026
Oxunuş sayı: 61