ABŞ-nin zərbəsi İranda 20 kəndi susuz qoyub
ABŞ-nin İranın Hörmüzgan əyalətinin Cask (Jask) rayonunda yerləşən su şirinləşdirici obyektə endirdiyi zərbə nəticəsində 20 kəndin içməli su təchizatı tamamilə dayanıb.
Crossmedia.az xəbər verir ki, "Tasnim" bu barədə məlumat yayıb.
Məlumata görə, Bunci (Bunji) kəndində yerləşən su şirinləşdirici qurğunun dəniz suyu nasosları və elektrik transformatoru raket zərbəsi nəticəsində tamamilə məhv edilib.
Hörmüzgan Su və Kanalizasiya Şirkətinin baş direktoru Həmzə Pur bildirib ki, hadisə nəticəsində təxminən 10 min nəfərin yaşadığı 20 kəndin içməli su təminatı tamamilə kəsilib.
İran rəsmiləri hücumu mülki infrastrukturun hədəfə alınması kimi qiymətləndirərək kəskin pisləyiblər. ABŞ tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
11:41 18.07.2026
Oxunuş sayı: 61