Rusiya gecə ərzində 379 Ukrayna pilotsuz aparatının vurulduğunu açıqlayıb
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında ölkə ərazisi üzərində Ukraynaya məxsus 379 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Lenta.ru" Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, vurulan pilotsuz uçuş aparatlarının bir hissəsi Qara və Azov dənizləri üzərində, həmçinin Moskva vilayətində, Krımda və Krasnodar diyarında zərərsizləşdirilib.
Nazirlik bildirib ki, qalan pilotsuz aparatların Tambov, Lipetsk, Vladimir, Smolensk, Bryansk, Rostov, Volqoqrad, Ryazan, Tula, Oryol, Leninqrad, Belqorod, Kaluqa, Tver, Pskov, Voronej və Kursk vilayətləri daxil olmaqla ümumilikdə 17 region üzərində məhv edildiyi qeyd olunub.
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, yalnız bu bölgədə təxminən 30 pilotsuz aparat vurulub. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Taqanroq şəhəri, eləcə də Verxnedonsk, Şoloxov, Azov, Kuybışev və Çertkov rayonları üzərində fəaliyyət göstərib.
İlkin məlumata əsasən, insident nəticəsində ölən və ya xəsarət alan olmayıb, həmçinin dağıntılar barədə məlumat verilməyib.
10:19 18.07.2026
Oxunuş sayı: 66